Rusiya prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə çay süfrəsi arxasında apardığı müzakirələrin gərgin keçdiyi bildirilir.
Bu barədə Baku TV-nin videomaterialında qeyd olunub. Putinin Pekinə səfərindən əvvəl baş verən bu məqam yenidən gündəmə gətirilib.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi daha əvvəl açıqlamışdı ki, Vladivostokda keçirilən görüşdə Putin və Si Cinpin Ukrayna, İran və ABŞ ilə münasibətlər kimi beynəlxalq məsələləri müzakirə edəcəklər. Görüş baş tutsa da, çay süfrəsi arxasındakı söhbətin gərgin olduğu deyilir.
Mövzuya yeni çalar qatan digər məqam isə Donald Trampın Çinə səfəri ilə bağlıdır. "Financial Times" nəşrinin iddiasına görə, Si Cinpin Pekində Trampa bildirib ki, Putin Ukraynanı işğal etdiyinə görə peşman olacaq.












