İyunun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "Qızların təhsilinə dəstək" layihəsinin II Məzun Günü keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, qızların təhsili cəmiyyətin inkişafı üçün vacibdir. Layihə davamlı təşəbbüsə çevrilib, bu il 66 qız məzun adını qazanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son beş ildə 593 nəfər layihədən yararlanıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli qeyd edib ki, müxtəlif proqramlar üzrə 489 iştirakçı dəstək alıb.
Məzunlara gül dəstələri təqdim olunub, bədii proqram nümayiş edilib.











