Mayın 25-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşüb.
Görüşdə Rusiya-Azərbaycan gündəliyinin aktual məsələləri müzakirə olunub.
Tərəflər qarşıdan gələn yüksəksəviyyəli təmaslar üzrə mövqeləri dəqiqləşdirib, mədəni-humanitar əlaqələrin bərpasının vacibliyini vurğulayıblar.
Çoxşaxəli müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, Cənubi Qafqaz və Xəzərdə sülh və sabitliyin gücləndirilməsi üçün birgə işin davam etdirilməsi niyyəti ifadə olunub.












