Rusiya Federal Məclisi və Azərbaycan Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası iyunun ortalarında Bakıda keçiriləcək.
Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib.
O qeyd edib ki, parlamentlərarası əlaqələr ikitərəfli əməkdaşlığın mühüm hissəsidir.
Payızda isə növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır.












