Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, Qaluzin insan itkisinin böyük faciə olduğunu vurğulayıb: "Həlak olan azərbaycanlı dənizçilərin ailələrinə başsağlığı verirəm. Ölüm hər zaman dərddir."
Xatırladaq ki, Azov dənizində "Natra" və "Sirkon" gəmilərinə PUA hücumunda beş Azərbaycan vətəndaşı həlak olub. Gəmilər Türkiyədən Rostov-Dona gedirdi.












