Qırğızıstan Prezidenti Sadır Japarov, Bakıda keçirilən WUF13 Liderlər Sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
"İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına səmimi qonaqpərvərliyi və mühüm tədbirin ən yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığımı bildirirəm", - deyə prezident vurğulayıb.












