Qırğızıstan Prezidenti Sadır Japarov, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə Türk Dünyası Həftəsi iştirakçılarına müraciət edib.
O bildirib ki, 100 il əvvəl Bakıda keçirilən qurultay “dildə, fikirdə və əməldə birlik” şüarı altında türk dünyasının intellektual dirçəlişinin əsasını qoyub.
Japarov qeyd edib ki, həmin dövrün mürəkkəb geosiyasi vəziyyətinə baxmayaraq, qurultayda bir sıra vacib məsələlər müzakirə edilib: “Bu, şübhəsiz, qardaşlıq və onun daha da möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı”.
Prezidentin sözlərinə görə, qurultayda qəbul edilmiş qərarlar türk xalqlarının dünyaya inteqrasiyasına töhfə verib.












