Türkiyə Diyanət İşləri sədri Safi Arpaquş, TDT ölkələri dini rəhbərlərinin Şuşada keçirilən görüşündə islam dünyasının iki cəhalət forması ilə üzləşdiyini bildirib.
O, qeyd edib ki, birincisi müqəddəs kitab, peyğəmbər və sivilizasiya haqqında bilik çatışmazlığı, ikincisi isə islam torpaqlarına qarşı oyunlar barədə məlumatsızlıqdır.
Arpaquş, bu cəhalətlə mübarizədə dini qurumların birgə layihələrlə həllər təklif etməli olduğunu vurğulayıb.












