Serbiyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Parlament mətbuat xidmətindən verilən məlumata görə, spiker abidənin önünə gül dəstələri qoyub.
Heydər Əliyevin abidəsi 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət daha sonra məşhur serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət edib.












