Prezident İlham Əliyev sosial şəbəkələrində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri ilə bağlı video paylaşıb.
Videoda Qarabağın bərpasında Türkmənistanın dəstəyi vurğulanıb. “Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir”, – deyə paylaşımda qeyd olunub.












