İraqda İrana bağlı silahlı qrupların tərksilahı prosesi fonunda "Hizbullah ən-Nücəba" silahlarının İraq hökumətinə qarşı olmadığını bildirib.
Qrup nümayəndələri deyib ki, silahları ABŞ qüvvələrinin çıxarılması danışıqlarında əsas vasitədir.
Onlar bildiriblər ki, İraq ABŞ-dən azad olana qədər silahlarını təhvil verməyəcəklər.
Lakin məsələnin regional tərəfi var. "Hizbullah ən-Nücəba" Suriya və İraqda fəaliyyət göstərir. Ekspertlər İranın təsirini vurğulayır.
Livan "Hizbullah"ı da silah verməkdən imtina edir. İranın HƏMAS, husilər və İraq qrupları ilə əlaqəsi yeni gərginliklərə səbəb ola bilər.












