Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev bildirib ki, İslamın bir elm kimi geniş yayılmasında düşüncəli alimlərimizin xidmətləri ölçüyəgəlməzdir.
O, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə çıxış edib.
Onlar İslam sivilizasiyasının formalaşmasına və inkişafına xüsusi töhfələr veriblər. Bu ilin 9-11 iyul tarixlərində Daşkənd, Səmərqənd və Termez şəhərlərində "İslam Forumu" təşkil olunacaq.
Forum çərçivəsində İslam Sivilizasiyası Mərkəzində beynəlxalq konfrans da keçiriləcək. Toşboyev hər kəsi bu Forumda iştiraka dəvət edib.












