Politoloq Araz Aslanlı, Solovyovun çıxışlarının imperialist maraqları əks etdirdiyini bildirib.
Aslanlı, Solovyovun yanaşmasının məntiqə sığmadığını və əsasən təxribat məqsədi daşıdığını vurğulayıb.
Azərbaycanın 2023-cü ildə antiterror tədbirləri ilə işğala son qoyduğunu xatırladan Aslanlı, rəsmi Bakının sülh prosesinə sadiq olduğunu qeyd edib.
O, Solovyovun iddialarının tarixi reallıqlara uyğun olmadığını, Cənubi Qafqazda gərginlik yaratmaq cəhdi kimi göründüyünü bildirib.












