Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanda 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini alqışlayır.
Bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir. Azərbaycanın rəqəmsal inkişaf planları da dəstəklənir.
İmzaçılar həmçinin Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyənin AI və rəqəmsal tənzimləmə sahəsindəki təşəbbüslərini alqışlayır. Bu addımlar türk dövlətlərinin rəqəmsal transformasiyasına töhfə verir.












