Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev bildirib ki, Türk dövlətləri arasında əlaqələr ən yüksək səviyyədədir.
Bu barədə o, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimində çıxış edib.
Omuraliyev vurğulayıb ki, 100 il əvvəl səsləndirilən ideyalar bu gün də aktuallığını qoruyur: Xalqlar arasında əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlığın inkişafı və ortaq dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılır.












