Rumıniya XİN-in dövlət katibi Ana Kristina Tinka Azərbaycanı Cənubi Qafqazın ən vacib dövləti adlandırıb.
Buxarestdə keçirilən tədbirdə o, Azərbaycanın Müstəqillik Gününü təbrik edib.
Tinka qeyd edib ki, Qara dəniz-Xəzər multimodal nəqliyyat dəhlizi sazişi yaxın zamanda imzalanacaq.
O, 2025-ci ildə Azərbaycan-Ermənistan sülh müqaviləsinin paraflanmasını alqışlayıb.
Rumıniya Aİ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini dəstəkləyir.












