Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Azərbaycanın sürətli inkişafı, iqtisadiyyat, infrastruktur və mədəniyyət sahələrindəki nailiyyətləri vurğulanır.
Həmçinin, Türkmənistan-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf etdiyi qeyd olunur.
Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da dövlətimizin başçısını təbrik edib.
Təbrikdə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsi vurğulanır və gələcəkdə də möhkəmlənəcəyinə əminlik ifadə olunur.












