BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, təlim və bacarıqların artırılması təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.
Oxu.Az-ın məlumatına görə, o, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) keçirilən "Akademiya və Tədqiqat" dəyirmi masasında çıxış edib.
Rossbax vurğulayıb ki, şəhər rəhbərləri, komissiya üzvləri və milli hökumət nümayəndələrinin yazmağa vaxtı yoxdur. "Yeni Şəhər Gündəliyi şəhərlərin və vətəndaşların gələcəyinə xidmət edir və tərəfdaş əsaslı təlimə çevrilir."












