Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx yayımlayıb.
Paylaşımda vurğulanıb ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Avropa İttifaqı ölkənin əsas ticarət tərəfdaşıdır.












