Bond.az White LogoBond.az Black Logo

Uzaqgörən siyasət, sabit tərəfdaş - TƏHLİL

Hörmüz böhranı Azərbaycana təsir etmir. Prezident İlham Əliyev enerji təhlükəsizliyi və diversifikasiya siyasətindən danışır. Azərbaycanın təcrübəsi dünya üçün faydalı ola bilər.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

Hörmüz böhranı Azərbaycana təchizat zənciri baxımından ciddi təsir göstərmir. Əksinə, ölkəmizin etibarlı və dayanıqlı təchizatçı, tranzit dəhliz statusu möhkəmlənməkdədir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

ABŞ-İsrail və İran müharibəsinin dünya iqtisadiyyatı üçün ən böyük mənfi təsiri məhz Hörmüz boğazı ətrafında yaranmış vəziyyət oldu. Dünyanın enerji tələbatının böyük hissəsini təmin edən boğazın fəaliyyətinin iflic duruma düşməsi neft və qazın qiymətinin sürətli bahalaşmasına səbəb oldu. Tələbatda yaşanan qıtlıq digər sahələr üzrə də iqtisadi geriləmə və bahalaşma dalğası yaratmaqdadır. Həm enerji istehsalçıları, həm də istehlakçı dövlətlər bu böhrana görə milyardlarla dollar zərər görməkdədirlər. Təəssüf doğuran məqam odur ki, böhranın nə zaman başa çatacağı da bilinmir.

Bu böhran ölkəmizə ciddi təsir göstərmir

Yeri gəlmişkən, Hörmüz boğazı ətrafında yaranmış vəziyyətin Azərbaycana təsiri məsələsinə Prezident İlham Əliyev də münasibət bildirib. Dövlət başçısı "Euronews" televiziyasına müsahibəsində bildirib ki, təchizat zənciri baxımından bu böhran ölkəmizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq:

"Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir. Lakin öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik".

Azərbaycanın təcrübəsi faydalı ola bilər

Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim diplomatiyanın tərəfdarıdır. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın:

"Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq".

Bu göstəriciyə görə dünyada birinciyik

Rəsmi Bakının düşünülmüş və uzaqgörən siyasətinin nəticələri də bəllidir. Bu gün ölkəmiz Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu zamana qədər neftə olan tələbatını böyük ölçüdə Yaxın Şərq vasitəsi ilə təmin edən uzaq Yaponiya belə artıq Azərbaycandan neft tədarükünə başlayıb. Eyni mənzərə qaz ixracatı sahəsində də müşahidə olunur. Mövcud mənzərəni Prezident İlham Əliyev həmin müsahibəsində belə təsvir edib:

"Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq".

Vəziyyət əvvəlki kimi olmayacaq

Göründüyü kimi, Hörmüz böhranının nə zaman həllini tapacağı sualı açıq olaraq qalır. Ekspertlərin gələcək üçün dəyərləndirmələri isə daha bədbindir. Çünki böhran aradan qaldırılsa da, onun nəticələrinin neytrallaşdırılması uzun zaman tələb edir. Çünki böhran dünyanın iqtisadi damarını təşkil edən əsas arteriyalar üzrə yeni yanaşmalar tələb edəcək. Bu vəziyyətdə Azərbaycan nümunəsi ön plana çıxır: həm öncəki hazırlıq tədbirləri, həm də etibarlı və davamlı tranzit, təchizat baxımından rəsmi Bakının yürütdüyü diplomatik zəka ilə.

Digər Xəbərlər
2026-07-05 19:01
|
896

Yaxın Şərq gərginliyi Azərbaycanın gücünü artırdı

Yaxın Şərqdəki gərginlik Azərbaycanın strateji gücünü necə artırdı? Baku TV-nin Yekunlaşdıraq verilişində təhlil.

0
2026-07-05 15:03
|
876

Zimbabve spikeri Azərbaycanda

Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Hava Limanında qarşılanan nümayəndə heyəti görüşlər keçirəcək.

0
2026-07-05 09:30
|
979

Paşinyan: Yeni konstitusiya gündəmdədir

Ermənistan baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulunun gündəmdə olduğunu açıqlayıb.

0
2026-07-03 20:00
|
914

Leyla Əliyeva doğum günü təbriklərinə təşəkkür etdi

Leyla Əliyeva doğum günü paylaşımı edərək təbriklərə təşəkkür edib. Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə minnətdarlıq bildirib.

0
2026-07-03 19:31
|
230

Azərbaycan PUA sahəsində regional liderdir

Azərbaycan Cənubi Qafqazda pilotsuz uçuş aparatları sahəsində liderdir. Yerli istehsal və satınalmalarla potensialını artırır.

0
2026-07-03 19:01
|
361

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rəngində

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rənglərində işıqlandırılaraq 250 illik müstəqillik yubileyini qeyd edir.

0
2026-07-03 16:33
|
258

Vilayət Eyvazovdan vacib qərar: Hərbi Prokurorluğun səlahiyyətləri azaldıldı

Daxili işlər naziri Vilayət Eyvazovun qərarı ilə hərbi prokurorluğun cinayət uçotu səlahiyyətləri DİN-ə keçirilib.

0
2026-07-03 09:18
|
404

Ermənistana 976 ton buğda tranziti

Rusiyadan Ermənistana 976 ton buğda Azərbaycan tranziti ilə göndərildi. Qatar Biləcəri stansiyasından yola düşüb.

0
2026-07-02 20:32
|
974

Leyla Əliyevanın doğum günü qeyd olunur

Leyla Əliyevanın doğum günü münasibətilə onun həyatı, fəaliyyəti və mükafatları haqqında məlumat.

0
2026-07-02 18:03
|
982

Paşinyan: Dəmir yolu bərpa olunur

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycan sərhədlərinə dəmir yolu xətlərinin bərpa edildiyini açıqladı.

0
2026-07-02 17:32
|
274

Ursula fon der Lyayen Azərbaycana səfər videosu paylaşdı

Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videonu Instagram-da paylaşaraq Cənubi Qafqaz üçün 200 milyon avroluq sülh proqramını elan edib.

0
2026-07-02 14:05
|
721

Azərbaycan-Aİ: Strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan-Aİ strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur. Deputat Səbinə Salmanova əməkdaşlığın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində genişləndiyini bildirib.

0
...
Uzaqgörən siyasət, sabit tərəfdaş - TƏHLİL | Bond.az