Prezident İlham Əliyev “Vətəndaşların müraciətləri haqqında” Qanuna dəyişiklik edib.
Artıq elektron müraciətlərə cavab vətəndaşın seçiminə əsasən elektron poçt, poçt ünvanı və ya EHİS vasitəsilə veriləcək.
Elektron müraciətdə ünvan, FİN və ya VÖEN göstərilməyibsə, cavab poçtla göndəriləcək.
Cavab məktubları elektron imza qanunvericiliyinə uyğun tərtib olunacaq.
Müraciətlərin qəbulu və qeydiyyatı prosedurları yenilənib, EHİS ayrıca daxilolma yolu kimi nəzərdə tutulub.
Nazirlər Kabinetinə müvafiq tədbirlər görmək tapşırılıb.












