Bakıda keçirilən WUF13 çərçivəsində D-8-ə üzv ölkələrin Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu rəsmən start götürüb.
Tədbir “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda baş tutub. Gülşən Rzayeva moderatorluq edib.
Görüşdə energetika nazirləri, memarlıq rəhbərləri və şəhər rəhbərləri iştirak edir. Məqsəd dayanıqlı şəhər inkişafı və enerji keçidini əlaqələndirməkdir.












