BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində maraqlı panel müzakirə baş tutub.
Tədbirin mövzusu “Mənzil şəhərləri birləşdirəndə: Yerli əməkdaşlıq praktikada” olub.
Türkiyə və Fələstindən olan iştirakçılar mənzil siyasəti, şəhər idarəçiliyi və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Vurğulanıb ki, mənzil, nəqliyyat, sosial bərabərsizlik və təbii fəlakət riskləri inzibati sərhədləri aşır. Buna görə də metropol yanaşması vacibdir.
İştirakçılar şəhərlər arasında əməkdaşlığın gücləndirilməsinin və təcrübə mübadiləsinin dayanıqlı mənzil siyasəti üçün əhəmiyyətini qeyd ediblər.












