Bond.az White LogoBond.az Black Logo

WUF13 dünya mediasının diqqət mərkəzində

WUF13 forumu dünya mediasında geniş işıqlandırılıb. Azərbaycanın şəhərsalma təcrübəsi və innovativ layihələri beynəlxalq diqqət mərkəzindədir.

Fuad İbrahimov
Müəllif:Fuad İbrahimov- Senior Editor
|
0

Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) yüksək səviyyədə təşkil edərək beynəlxalq sınaqdan uğurla çıxdı. Ölkəmiz həm təşkilatçılıq bacarığını, həm də qlobal şəhərsalma çağırışlarına yaradıcı yanaşmasını nümayiş etdirdi.

Forumun davam etdiyi altı gün ərzində Azərbaycanın elmi-texnoloji yeniliklərə əsaslanan təcrübəsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl zona" layihələri beynəlxalq birliyin rəğbətini qazandı.

Beynəlxalq mətbuat WUF13-ü qlobal şəhərsalma gündəmini müəyyən edən platforma kimi xarakterizə edib. Forumda müzakirə olunan iqlim dözümlülüyü, mənzil əlçatanlığı və rəqəmsal transformasiya mövzuları dünyanın aparıcı xəbər agentliklərinin manşetinə çevrilib.

WUF13 ilk gündən etibarən Türkiyə mediası tərəfindən böyük maraqla qarşılanıb. "Anadolu Ajansı", "TRT Haber", "CNN Türk" kimi qurumlar forumu region və dünya üçün mühüm platforma kimi təqdim edib.

İran, Pakistan, Rusiya, Hindistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, İndoneziya, Malayziya, Vyetnam, ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Tacikistan, Qırğızıstan, Macarıstan və Bolqarıstan mediası da WUF13 barədə geniş materiallar yayımlayıb.

Dünya mətbuatı Forumun ilk günündən sonunadək Azərbaycanın yaşıl inkişaf, "ağıllı" şəhərlər və inklüziv mənzil siyasəti üzrə innovativ həllərini qlobal gündəmin əsas prioriteti kimi diqqət mərkəzində saxlayıb.

Beləliklə, Bakı platforması iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin maraqlarını birləşdirən nadir dialoq mərkəzinə çevrilib. Azərbaycan isə gələcəyin dayanıqlı şəhər modellərini formalaşdıran strateji güc mərkəzi statusunu təsdiq edib.

Digər Xəbərlər
Bu gün / 09:00
|
452

Karantin rejimi 1 oktyabra qədər uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi 2026-cı il 1 oktyabra qədər uzadılıb. Baş nazir Əli Əsədov qərar imzalayıb.

0
Bu gün / 08:01
|
223

Pambıqçılıqda yeni dəstək mexanizmləri

Prezidentin köməkçisi Zeynal Nağdəliyev pambıqçılıqda yeni dəstək mexanizmləri, sığorta və emal sənayesinin inkişafı barədə məlumat verib.

0
Bu gün / 07:00
|
760

İƏT Parlament İttifaqının sədrliyi Azərbaycana keçdi

İƏT Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. Təhvilvermə mərasimi 20-ci Sessiyanın açılışında baş tutub.

0
Bu gün / 07:00
|
637

Prezident: İƏT-in dəstəyini hiss etmişik

Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in dəstəyini vurğulayıb və qardaş ölkələrə təşəkkür edib.

0
Bu gün / 05:02
|
510

ŞKTR parlament sədri Azərbaycana səfərə gəldi

Şimali Kipr Türk Respublikası parlamentinin sədri Ziya Öztürkler Azərbaycana səfərə gəlib. O, İƏT Parlament İttifaqının 20-ci sessiyasında iştirak edəcək.

0
Bu gün / 04:30
|
519

Qalibaf Azərbaycana gəldi

İran parlamenti sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edib. O, Bakıda İƏT Parlament İttifaqı konfransında iştirak edəcək.

0
Dünən / 18:30
|
607

Azərbaycan BMT Uşaq Hüquqları Komitəsində ilk dəfə

Azərbaycan BMT Uşaq Hüquqları Komitəsində ilk dəfə təmsil olunacaq. Fərid Ədilov 130 səslə üzv seçildi.

0
Dünən / 18:01
|
341

Sərdar Berdiməhəmmədovun səfər videosu paylaşıldı

Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovun Azərbaycana səfər videosunu paylaşıb. Videoda Qarabağın bərpası və qardaşlıq vurğulanır.

0
Dünən / 15:31
|
313

Numan Kurtulmuş Azərbaycana gəldi

TBMM sədri Numan Kurtulmuş İƏT Parlamentlər İttifaqının 20-ci Konfransı üçün Azərbaycana gəlib. Bakıda keçirilən konfrans 22-25 iyun tarixlərini əhatə edir.

0
Dünən / 10:01
|
405

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada sərgiyə baxıb

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Heydər Əliyev sərgisini ziyarət ediblər. Sərgidə Qarabağın inkişafına dair materiallar nümayiş olunur.

0
Dünən / 09:31
|
499

Prezidentlər Şuşa məscidində işlərlə tanış oldu

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işləri ilə tanış olub, məscidin 8 rəqəmi forması və 73 metrlik minarələri haqqında məlumat verilib.

0
Dünən / 09:01
|
273

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada

İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada yeni yaşayış kompleksini ziyarət edib.

0
...
WUF13 dünya mediasının diqqət mərkəzində | Bond.az