Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxış edib.
"Haber Global" "YouTube" kanalı bununla bağlı videosüjet hazırlayıb.
Prezident bildirib: "Bu il rekord sayda insan iştirak edir. 182 ölkədən 45 mindən çox qeydiyyatdan keçmiş iştirakçımız var. Bu, COP29-dan sonra ikinci beynəlxalq tədbirdir. Nəticələrin uğurlu olacağına ümid edirəm."
O, qonaqların Bakını tanımaq fürsəti qazanacağını və Azərbaycanın şəhərsalma işlərini görəcəklərini vurğulayıb.
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşir, bu memarlıqda da əks olunub. Köhnə şəhərlə müasir Bakı bulvarı arasında ziddiyyət görəcəksiniz."
Daha ətraflı videosüjetdə.












