Bond.az White LogoBond.az Black Logo

Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı

Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı. İsrail Beyrutu vurdu, İran cavab verdi. Bölgədə gərginlik yenidən yüksəlir.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Yaxın Şərqgərginlik yenidən pik həddə çatıb. İsrailin Beyrutun cənubuna endirdiyi zərbələrdən sonra İran İsrailə raket hücumları ilə cavab verib. İsrail ordusu isə İranın qərb və mərkəzi bölgələrindəki hərbi hədəfləri vurduğunu açıqlayıb.

Beləliklə, aprel ayında əldə olunan kövrək atəşkəsdən sonra İran və İsrail arasında birbaşa qarşıdurma yenidən təhlükəli mərhələyə keçib.

Hadisələrin başlanğıc nöqtəsi Livan olub. İsrail ordusu Beyrutun cənub ətrafında, "Hizbullah"ın əsas dayaq məntəqələrindən biri sayılan Dahiye bölgəsindəki hədəfləri vurduğunu bildirib. İsrail bunu "Hizbullah"ın hücumlarına cavab kimi təqdim edir.

Livan mənbələri isə hücum nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb.

Tehran hadisəni "qırmızı xətlərin keçilməsi" kimi qiymətləndirərək İsrailə raket zərbələri endirib. Bu addım qarşıdurmanın birbaşa dövlətlərarası müstəviyə keçə biləcəyini göstərir.

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında gərginliyin azaldılması üçün mexanizmlər müzakirə olunurdu. Lakin "Hizbullah" yeni atəşkəs planını rədd etmişdi. İsrailin Beyruta zərbələri diplomatik prosesə zərbə kimi qiymətləndirilir.

Politoloq Telman Nüsrətoğlu: "İran-İsrail qarşıdurması Yaxın Şərqdə güc və nüfuz uğrunda mübarizənin bir hissəsidir. Tərəflər regionda üstün mövqelər əldə etməyə çalışırlar."

Digər Xəbərlər
Bu gün / 15:32
|
876

Apellyasiya məhkəməsi davam etdirilib

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının işi üzrə apellyasiya prosesi davam edir.

0
Bu gün / 14:31
|
413

Ceyhun Bayramov ICMP baş direktoru ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov ICMP baş direktoru Katrin Bomberger ilə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini müzakirə edib.

0
Bu gün / 13:31
|
555

İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuelada baş vermiş zəlzələ ilə əlaqədar Delsi Rodriqesə başsağlığı verdi.

0
Bu gün / 13:04
|
469

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

Prezident İlham Əliyevin yeni fərmanı ilə DTX strateji obyektlərin mühafizəsində əməliyyat-axtarış səlahiyyəti qazandı.

0
Bu gün / 12:31
|
265

Korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi

Azərbaycanda korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi. Prezident İlham Əliyev müvafiq qanunu imzaladı.

0
Bu gün / 12:31
|
351

Prezident Esvatini ilə memorandumu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Esvatini arasında dövlət xidmətləri sahəsində əməkdaşlıq memorandumunu təsdiqləyib.

0
Bu gün / 11:30
|
352

‘Elektron icra’ sisteminin imkanları genişləndi

‘Elektron icra’ informasiya sisteminin funksionallığı artırılıb – yeni qərarla sənəd və əmlak uçotu təmin edilir.

0
Bu gün / 10:02
|
442

Leyla və Arzu Əliyeva Onkologiya Mərkəzində

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində oldular. Detallar Bond.az-da.

0
Bu gün / 10:02
|
265

Özbəkistandan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu təklifi

Özbəkistan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu yaradılması və digər təkliflər təqdim edib.

0
Bu gün / 09:31
|
428

Sodik Toşboyev: İslam elminin yayılmasında alimlərin rolu

Sodik Toşboyev İslam elminin yayılmasında alimlərin rolunu vurğulayıb, TDT görüşündə İslam Forumuna dəvət edib.

0
Bu gün / 09:03
|
595

Safi Arpaquş: İslam dünyasında iki növ cəhalət

Safi Arpaquş TDT görüşündə islam dünyasında iki növ cəhaləti açıqladı: dini bilik çatışmazlığı və xarici ssenarilər haqqında məlumatsızlıq.

0
Bu gün / 08:00
|
397

Şuşada TDT ölkələrinin dini qurum rəhbərləri görüşür

Şuşada TDT ölkələrinin dini qurum rəhbərlərinin ilk görüşü keçirilir. Məqsəd ortaq mənəvi dəyərləri qorumaq və əməkdaşlığı gücləndirməkdir.

0
...
Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı | Bond.az