Zimbabve Respublikasının vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa mayın 17-də Azərbaycana səfər edib.
O, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıb.












