Diyetoloqlar yaşıl çayın orqanizmə faydalarını açıqlayıblar. Mütəxəssislər yaşıl çayın müntəzəm qəbulunun sağlamlıq üçün əhəmiyyətli olduğunu vurğulayıblar.
Diyetoloq Ceki Bridsonun sözlərinə görə, yaşıl çay kəskin enerji sıçrayışları yaratmadan, gümrahlığın yumşaq və uzunmüddətli şəkildə artmasını təmin edir. Bu effekt çayın tərkibindəki kofein və L-teanin aminturşusunun birləşməsindən qaynaqlanır.
Diyetoloq Kendra Heyr isə əlavə edib ki, yaşıl çay antioksidantlarla zəngindir. Onun sözlərinə görə, yaşıl çay ürək, beyin, qaraciyər və mədə-bağırsaq traktına müsbət təsir göstərir, immuniteti gücləndirir və maddələr mübadiləsini normallaşdırır.
Bundan əlavə, tədqiqatlar yaşıl çayın insult riskini azaltdığını göstərir. Mütəxəssislər balanslaşdırılmış qidalanma və sağlam həyat tərzi ilə birlikdə yaşıl çaydan ölçülü istifadə etməyi tövsiyə edirlər.












