Bakının "8-ci km" bazarında "Hyundai Accent" markalı avtomobil yanıb. Yanğın nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində baş verib. "112" qaynar xəttinə daxil olan çağırış əsasında əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər alovu qısa müddətdə söndürərək ağaclıq sahəyə keçməsinin qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb, yaxınlıqdakı ağaclar mühafizə olunub.












