Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb.
Hadisə iyunun 28-də günorta saatlarında Quzanlı qəsəbəsində baş verib. 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped sürərkən müvazinətini itirib.
Yaralı Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












