Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sümüklərin 1992-ci ildə itkin düşən Balay Qəribovun ailə üzvlərinə aid olduğu ehtimal edilir.
Sümük fraqmentləri ailənin yaşadığı evin həyətində nəvə Bəxtiyar Əsgərov tərəfindən tapılıb.
Qeyd edək ki, 1992-ci il martın 12-də kənd erməni işğalına məruz qalarkən 5 nəfərlik ailənin taleyi bilinmir.
Tapılan sümüklər ekspertizaya təqdim edilib.












