Ağdərə rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü İsa Ağayev, atası Bəhram Ağayev və sərnişin Samir Məmmədov ağır xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












