Ağsu rayonunda həkim Dəyanət Abdullayevə böhtan atan qadınlar məhkəmə qarşısına çıxarılıb.
Keçmiş həyat yoldaşı Ülviyyə Abdullayeva və yaxınları Gültəkin Quliyeva ilə Əsli Abasova həkim haqqında yalan məlumatlar yayaraq onun nüfuzuna xələl gətiriblər.
Məhkəmə araşdırması nəticəsində Gültəkin Quliyeva və Əsli Abasova böhtan və təhqir maddələri ilə təqsirli bilinərək hər biri 2 min manat cərimə olunub.
Ülviyyə Abdullayevaya isə cinayət tərkibi olmadığı üçün bəraət verilib.












