Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisində 2009-cu il təvəllüdlü Turan Mirağa oğlu Mirişlinin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyi (FHN) axtarışları davam etdirir. Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət qüvvələri iştirak edir.
Axtarışlar fasiləsiz olaraq aparılır.












