İmişlidə bədbəxt hadisə: 11-ci sinif şagirdi Araz çayında boğulub. Hadisə Rəsullu kəndində qeydə alınıb. Yeniyetmə dostu ilə çimməyə gedib və üzməyi bacarmayıb.
Qohumu Mehman Cəfərov bildirib: "İmtahandan çıxıb evə gəlmişdi. Atası mağazada işləyir, onun yanına gedib, sonra çaya gəlib. Çimərkən boğulub. Yanındakı uşaq qışqıraraq kömək istəyib. Suyun səviyyəsi çoxdur, üzə bilmirdi".
FHN dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar davam edir.
08 iyun: Axtarışlar asanlaşdırılması üçün Bəhrəmtəpə hidroqovşağından suyun həcmi azaldılıb.
Mərhum Turan Mirişli 11-ci sinif şagirdi idi. Axtarışlara FHN xidməti cəlb olunub.












