Astara rayonunda ağır yol qəzası baş verib.
Hadisə Təxtənəkəran-Hamuşam kənd yolunda qeydə alınıb. Niləşə kənd sakini Tərlan Eyvazovun idarə etdiyi VAZ-2107 hündürlükdən dərəyə aşıb.
Sürücü hadisə yerində həlak olub. Maşındakı üç sərnişin - 1977-ci il təvəllüdlü Azər Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Məmmədov və Nazim Əliyev xəsarət alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan Azər Rzayev reanimasiyaya yerləşdirilib, digərləri təcili yardım şöbəsində müalicə olunur.
Qəzanın səbəbləri araşdırılır.












