Ağcabədidə "Azərişıq" ASC-nin əməkdaşı elektrik cərəyanından həlak olub.
Hadisə iyunun 28-də saat 18 radələrində baş verib. Avşar kənd sakini, 2002-ci il təvəllüdlü Vəli Süleymanov şəhər ərazisində naqilləri təmir edərkən cərəyan vurub.
O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.












