Bakının Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirib.
Hadisə Kürdəxanı qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılaraq ağır xəsarətlər alıb.
Xəstəxanaya çatdırılan Məmmədov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.












