Bakıda 79 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki mənzildə baş verib.
1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən Şirəliyev orada ölüb.












