Bakıda "Toyota Prius" markalı avtomobilin qəzasında ölən şəxsin kimliyi məlum olub.
Hadisə Sabunçu rayonunda baş verib. Sürücü Mahir Vəliyev idarəetməni itirərək dəmir məhəccərə çırpılıb.
O, hadisə yerində həyatını itirib. Sərnişin Fəridə Bədəlova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.












