Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. Range Rover və Mercedes markalı avtomobillər toqquşub.
FHN-in məlumatına görə, hadisə Bəşir Bünyatov küçəsində qeydə alınıb. Xilasedicilər Mercedesdə sıxılı qalan iki nəfəri xilas ediblər.
Sürücü Şıxbala Əhmədov və sərnişin Elsəvər Cabbarov təcili yardıma təhvil verilib. Araşdırma aparılır.
Yüksək sürət qəzaya səbəb olub.












