Bakıda sürücü maşın sürərkən ürək çatışmazlığından vəfat edib.
Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1964-cü il təvəllüdlü Davud Salamov idarə etdiyi Ford markalı avtomobildə qəflətən huşunu itirib.
Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Faktla bağlı araşdırma aparılır.












