Binəqədi rayonunda taksidə 120 min dollar oğurlayan şəxslər saxlanılıb.
İyunun 4-də BYD markalı avtomobildə sərnişin olan şəxsin 120 min ABŞ dolları oğurlanıb. Polis əməkdaşları hadisə ilə bağlı sürücü Əfsan Məmmədov və onun tanışı Samir Bəylərlini saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, sürücü tanıdığı sərnişinin pulunu bilərək cinayət törədib. Onlar sərnişin düşəndə avtomobili nəzarətsiz qoyaraq oğurluq görüntüsü yaradıblar.
Faktla bağlı istintaq davam edir.












