Balakən rayonunun Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verib.
FHN-ə daxil olan məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Ümumi sahəsi 448 kv.m olan ikimərtəbəli evin dam örtüyü yanıb.
Yanğın qısa müddətdə söndürülüb, evin 78 kv.m sahəsi zərər görüb.
Evin qalan hissəsi mühafizə olunub.












