Biləsuvar rayonunda dəhşətli cinayət hadisəsi baş verib. 64 yaşlı Məhbubə Mikayılova qonşusu tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı Xəyal Qubadlıdır. O, polis tərəfindən saxlanılıb.
Xəsarət alanın oğlu Baku TV-yə bildirib ki, anamı 29 dəfə bıçaqlayıb. O, pəncərədən girərək hücum edib.
Məhbubə Mikayılova reanimasiyadadır, vəziyyəti stabil qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.












