Cəlilabad rayonunda ot bağlaması yükləyən zaman ilan sancması hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir: hadisə Məlikqasımlı kəndində qeydə alınıb.
30 yaşlı Vasif Yəhyayev əkin sahəsində maşına ot yükləyərkən otun içindəki ilan onu qolundan sancıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.












