"Demokratiya TV" internet kanalının rəhbəri Arif Paşayev həbs edilib.
Oxu.Az-ın məlumatına görə, Tərtər rayon sakini olan Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. O, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və digər vəzifəli şəxslər barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub.
Polis əməkdaşları daxil olan şikayət əsasında araşdırmalara başlayıb və Paşayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə A.Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb.












