İyunun 22-də Mərdəkan qəsəbəsində dənizdə boğulan dörd nəfərdən biri Pərviz Məcidovun axtarışları davam edir.
Atası Zöhrab Məcidov "Teleqraf"a bildirib ki, oğlu üzməyi bilmirmiş.
Pərviz dayısı Namiq Əzimov, qohumları Elnur və Elmar ilə dəniz kənarında kabab bişiriblər. Spirtli içki qəbul etməyiblər.
Elnur qayalıqda suya girib, boğulmağa başlayıb. Pərviz və Elmar onu xilas etmək istəyib, lakin özləri boğulub. Namiq də suya girib, amma hamısı həlak olub.
Zöhrab Məcidovun sözlərinə görə, Pərviz dörd övladın ən böyüyü idi və çox arzuları vardı.
FHN-nin üç axtarış qrupu dalğıclarla axtarışları davam etdirir.












