Gəncədə faciəvi hadisə baş verib. KIA markalı avtomobilin sürücüsü sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Hadisə şəhər ərazisində qeydə alınıb. Sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi maneəyə çırpılıb.
Məlumata görə, 45-50 yaşlı kişi ürək çatışmazlığından vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.












