Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.
Əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi qadın əməkdaşlardır - Aysel və Xalidə.
İlkin məlumata görə, saxlanılanlardan biri ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.












